"Tottenhem" klubu "Bavariya"nın futbolçusu Joau Palyinyanı transfer etməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, London klubu portuqaliyalı yarımmüdafiəçini icarə əsasında heyətinə cəlb edəcək. Klublar arasında son danışıqlar gedir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İcarə razılaşmasına satınalma bəndi də daxil ediləcək. "Tottenhem" gələn yay onu 30 milyon avroya birdəfəlik transfer edə biləcək.

Palyinya ötən il yayında "Bavariya"ya qoşulmuşdu. O, Münhen klubunun heyətində 25 oyuna çıxıb.