AZ

Kür çayında batan şəxsin meyiti tapılıb

Kür çayının Yevlax rayonundan keçən hissəsində batan şəxsin meyiti tapılıb...

APA xəbər verir ki, iyulun 20-si saat 15 radələrində Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində suda üzərkən batmış, 1987-ci il təvəllüdlü Bərdə şəhər sakini Sənan Əliyevin meyiti Bakı-Qazax avtomobil yolunun Yevlax şəhərinə giriş hissəsində, Kür çayının üzərindən keçən körpünün alt tərəfinə yaxın ərazidə aşkar edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

Poliqon.info

Seçilən
35
6
poliqon.info

10Mənbələr