Bakı. Trend:
Suraxanı rayonunda moped idarəetmədən çıxaraq avtomobillətoqquşub.
Trend-inməlumatına görə, hadisə iyulun 30-da saat 12 radələrində qeydəalınıb.
Belə ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Toğrulİbrahimli idarə etdiyi “Tufan M50” markalı, qeydiyyat nişanıolmayan mopedlə hava limanı istiqamətində hərəkətdə olarkənidarəetməni itirərək Zığ şossesi 17 kilometrdə hərəkətsiz dayanan1987-ci il təvəllüdlü Ələkbər Quliyevin idarə etdiyi “FORD” markalı99-JY-255 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilətoqquşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerindəölüb.
Faktla bağlı Suraxanı RPİ-nin İB-də araşdırma aparılır.