AZ

​"Fənərbaxça" Avropa nəhənginin ulduzunu transfer edir

"Fənərbaxça"ya "Yuventus"un futbolçusu Duqlas Luizi transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, "Fənərbaxça" futbolçunu icarəyə götürmək istəyir. "La Gazzetta dello Sport"un məlumatına görə, "Yuventus" rəhbərliyi futbolçusunu "Fənərbaxça"ya göndərməkdə maraqlıdır. Bildirilir ki, İtalyan nəhəngi, futbolçunun 5 milyon avroluq maaşının əhəmiyyətli hissəsinin “Fənərbaxça”nın ödəməsi şərti ilə icarəyə razılıq verib.

Məlumata görə, “Vest Hem”, “Nottingham Forest” və “Everton” oyunçunun xidmətində maraqlı olsa da, yüksək maaşı səbəbindən “Fənərbaxça”nın transferdə üstün olduğu irəli sürülür.

Seçilən
20
metbuat.az

1Mənbələr