AZ

Çin dünyanı ŞOKA SALACAQ: Paradda elə silahlar nümayiş etdirəcək ki...

İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümünə həsr olunmuş parad zamanı Çin hipersəs silahları və ən son dronları nümayiş etdirə bilər.

Publika.az xəbər verir ki, bunu "Global Times" qəzetinə çinli hərbi ekspert Sun Çjunpin deyib.

Bildirilir ki, parad sentyabrın 3-də baş tutacaq. Hərbi yürüş Çinin paytaxtında, Tyananmen meydanında baş tutacaq.

"Ümid edirəm ki, təkcə artıq debüt etmiş J-35A qırıcı təyyarəsini deyil, həm də hipersəs raketləri və pilotsuz sistemlər kimi yeni silah növlərini görəcəyəm", - Sun Çjunpin deyib.

Ekspert əminliklə qeyd edib ki, Çin yeni silahlar nümayiş etdirməklə dövlətin suverenliyini və təhlükəsizliyini qorumaq qabiliyyətini dünyaya nümayiş etdirəcək. "Bu, düşmən qüvvələr üçün çəkindirici rol oynayacaq", - deyə o, vurğulayıb.

Seçilən
6
publika.az

1Mənbələr