AZ

Cəbrayılda günəş elektrik stansiyalarının tikintisi ilə bağlı görülən işlər açıqlanıb

Bakı. Trend:

Hazırda bp şirkəti ilə Cəbrayılda ilkin investisiya dəyəri 200milyon dollar olan və 240 meqavat (MVt)gücündə “Şəfəq” GünəşElektrik Stansiyası (GES), eləcə də hər biri 50 MVt gücündə olmaqla“Üfüq” və “Şəms” GES layihələrinin tikintisi üzrə çox intensivişlər həyata keçirilməkdədir.

Bu sözləri Trend-ə Energetika Nazirliyi yanında BərpaOlunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru CavidAbdullayev müsahibəsində deyib.

O bildirib ki, artıq bütün müqavilələr imzalanıb, torpaqsahələri bəllidir, şəbəkə ilə bağlı məsəsələr bizim üçün tamaydındır və onların həyata keçirilməsi istiqamətində gündəlikrejimdə işlər davam etdirilir: "Təqribən 2027-ci ilin sonunadək bustansiyaların istismara verilməsi planlaşdırılır.

Eyni zamanda Səngəçal terminalının elektrikləşdirilməsi üzrə dəzəruri infrastruktur yaradılır. Bütün müqavilə bazası artıqyekunlaşıb. Bu, kifayət qədər mürəkkəb bir proses idi. Bu mürəkkəbprosesin uğurla başa çatması real iqtisadi modellərin vəlayihələrin səmərəliliyinin düzgün təhlili nəticəsində mümkünolub”.

C. Abdullayev qeyd edib ki, Laçın ərazisində külək enerjisi iləbağlı ölçmələr aparılır: “Biz planlaşdırırıq ki, bu ilin sonunadəkbanklar tərəfindən qəbul ediləcək məlumatlara sahib olacağıq. Ondansonra investorlara həmin məlumatları təqdim edəcəyik. Təbii ki,müxtəlif şirkətlər tərəfindən həmin ərazimizdə külək enerjisiistehsalı ilə bağlı maraq çox böyükdür. Hətta COP29-daimzaladığımız müqaviləyə uyğun olaraq, Kəlbəcərdə külək enerjisiistehsalı layihəsi çərçivəsində birgə müəssisə təşkil edilib. Həminbirgə müəssisə özü artıq Kəlbəcərdə ölçmələrə start verib. Bir ilərzində ölçmələrin yekunlaşacağı gözlənilir. Daha sonra layihətəklifləri irəli sürüləcək”.

Seçilən
12
2
az.trend.az

3Mənbələr