AZ

Kiyevdə matəm günüdür

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə dünənki hücum nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. Bu barədə Kiyev şəhər administrasiyası məlumat verib. Ölənlər arasında uşaq da var.

Şəhər rəhbərliyi qətliamla əlaqədar matəm elan edib.

Xəbər verdiyimiz kimi, iyulun 31-nə keçən gecə Rusiya 309 ədəd silahlı dron ilə 8 ədəd "İskəndər-K" qanadlı raketi ilə Ukraynaya hücum edib. Əsas hədəf paytaxt Kiyev şəhəri olub. "İskəndər-K" raketlərindən 5 ədədi paytaxtda dağıntılar törədib. Hədəflər arasında çoxmərtəbəli yaşayış binaları da olub.

Hürr Tərcüman

Seçilən
4
hurriyyet.az

1Mənbələr