Bu gün neft məhsullarına tələb əvvəlki illə müqayisədə gündə 1 milyon barel artıb və gələcək dinamikanı proqnozlaşdırmaq çətindir, bu barədə “Shell”in baş direktoru Vael Savan investorlar üçün təşkil edilən telekonfrans zamanı bildirib.
“İlin əvvəlindən biz neft məhsulları üzrə sutkada təxminən 1 milyon barel tələb artımı görürük. Tələb artımı kifayət qədər sabitdir və gördüyümüz bəzi çətinliklərə baxmayaraq, davam edir”, – Vael Savan söyləyib.
Vael Savan qeyd edib ki, tarif müharibələrinin tələbata necə təsir göstərə biləcəyi, OPEC+ ölkələrinin hasilat məhdudiyyətlərini tətbiq edərkən necə davranacağı, eləcə də Rusiyanın neft sektoruna qarşı ABŞ-nin mümkün sanksiyaları səbəbindən hələ bəlli deyil.