AZ

Sloveniya Aİ də İsraillə silah ticarətini qadağan edən ilk ölkədir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sloveniya hökuməti Qəzzadakı vəziyyətlə əlaqədar İsraillə silah ticarətini qadağan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Sloveniyanın Baş naziri Robert Qolob məlumat verib.

“Sloveniya Respublikası İsraildən və İsrailə hərbi silah, eləcə də texnikanın ixracını, həmçinin tranzitini qadağan edən ilk Avropa ölkəsi olub. Biz əvvəldən bunu açıq şəkildə bildirdik: əgər Avropa İttifaqə (A)İ iyulun ortalarına qədər konkret tədbirlər görməsə, biz Sloveniyada özümüz tədbir görəcəyik. Biz bu gün bunu söz verdiyimiz kimi də etdik”, - baş nazir "Facebook"da yazıb.

O, İsraili Qəzzaya humanitar yardımın daxil olmasını əngəlləməkdə ittiham edib. "Qəzzada insanlar sistematik olaraq humanitar yardım almağı gözləyərkən öldürürlər. Onlar dağıntılar altında qalır, içməli su, qida və əsas tibbi yardımdan məhrum olaraq ölürlər. Söhbət humanitar yardımın tam blokadasından və yaşamaq üçün əsas şərtlərin qəsdən əngəllənməsindən gedir. Belə bir şəraitdə hər bir məsuliyyətli ölkənin vəzifəsi, hətta bu, başqalarından irəli addım atmaq mənasına gəlsə belə, hərəkətə keçməkdir”, - deyə Qolob qeyd edib.

Baş nazir əlavə edib ki, Sloveniya “həmişə beynəlxalq hüququn və insan haqlarının tərəfində olacaq”, həmçinin yaxın həftələrdə İsrail hökumətinin hərəkətlərinə qarşı əlavə tədbirlər elan edəcək.

Eyni zamanda İsrail rəsmisi "Ynet"ə bildirib ki, Sloveniya müdafiə məhsulları almır. "Biz onlardan sancaqlar belə almırıq. Sadəcə olaraq media xatirinə embarqo tətbiq etmək qərarına gəliblər, çünki onlara heç bir zərər vermədiyi üçün bunu tamamilə mənasızdır. Ticarət əlaqən olmatyan ölkəyə embarqo qoymaq sadəcə təbliğat məsələsidir", - deyə o bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
4
icma.az

5Mənbələr