AZ

Antonio Quterreş Qazaxıstana səfər edəcək

BMT-nin Baş katibi Antonio Quterriş avqustun 3-də Qazaxıstana səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə həyata keçiriləcək.

"Kasım-Jomart Tokayev və Antonio Quterriş Almatıda danışıqlar aparacaq, həmçinin BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Davamlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzini ziyarət edəcəklər", - məlumatda bildirilib.

Seçilən
18
7
operativmedia.az

8Mənbələr