Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov sığorta sektorunun rəhbər şəxsləri ilə görüşüb.
"Report" xəbər verir ki, o, bunu "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Görüşdə bu ilin I yarısında sektorun fəaliyyət göstəricilərii nkişaf dinamikası və mövcud çağırışlar ətrafında ətraflı müzakirələr aparılıb. Eyni zamanda, qarşıdakı dövr üçün strateji prioritetlər və həyata keçirilməsi planlaşdırılan təşəbbüslər diqqət mərkəzində olub", - deyə o qeyd edib.