AZ

Ceyson Momoa 6 ildən sonra “Dune 3”də göründü

Yazını böyüt
Yazını kiçilt

Hollivud ulduzu Ceyson Momoa “Dune: Part Three” üçün Dunkan İdaho rolunu təkrar canlandırmağa hazırlaşır və bu prosesdə o, həm də saqqalı ilə vidalaşıb. Tanınmış aktyor sosial şəbəkədə təraş etdirdiyi videonu paylaşıb.

Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, videoda Aquaman ulduzu “Dune” seriyasındakı ilk film üçün sonuncu dəfə altı il əvvəl təraş etdiyini açıqlayır. Daha sonra rejissora müraciət edərək “Yalnız sənin üçün, Denis” deyir.

Təraşdan sonra Momoa güzgüdə özünə baxır və "Lənət olsun, mən buna nifrət edirəm!" deyib.

Momoa 2021-ci ildə nümayiş olunan ilk “Dune” filmində Paul Atreidesin mentoru və qılınc ustası Dunkan İdaho rolunu oynayıb.

Aktyor 2024-cü ildə yayımlanan davam filmində görünmədi, lakin o, 18 dekabr 2026-cı ildə nümayişi planlaşdırılan üçüncü filmi ilə seriala qayıdır. Momoa bu filmdə oğlu Nakoa-Volf Momoa ilə birlikdə çəkiləcək.

Film Frank Herbertin 1969-cu ildə yazdığı “Dune Messiah” romanı əsasında çəkilib. Hekayə ilk “Dune” kitabındakı hadisələrdən 12 il sonra baş verir.

Keçən ilin aprelində “Deadline” Robert Pattinsonun seriala qatıldığını və mənbələrə görə filmin cani Scytale obrazını canlandıracağını elan edib.

Rejissor Denis Villeneuve keçən il “Vanity Fair”ə verdiyi müsahibədə üçüncü filmin “Dune” seriyasındakı son işi olacağını açıqlamışdı: “İnsanların başa düşməsi vacibdir: İlk iki film, mənim nəzərimdə, diptixin (iki panelli rəsm) bütöv, iki yarısı idi. Birinci kitabın adaptasiyası artıq tamamlanıb. Üçüncü filmi çəksəm, başqa bir layihə olacaq. Bu dəfə fərqli tonda, özünəməxsus kimliyində olan bir prodakşn olacaq”.

Villeneuve həmçinin əlavə edib ki, üçüncü filmdən sonra başqa layihələrə keçməyi “çox istəyir”. 57 yaşlı Villeneuve əvvəlcə “Dune: Desert Planet Part Three” üzərində işləyəcək, daha sonra Ceyms Bond kainatına keçəcək.

Seçilən
6
hafta.az

1Mənbələr