AZ

Xalq artisti Arif Babayev vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev vəfat edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Arif Babayev uzun illər ərzində milli musiqi sənətimizin inkişafında, muğam məktəbinin qorunub saxlanılmasında və yeni nəsil ifaçıların yetişdirilməsində böyük xidmətlər göstəribr. Onun zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələr xalqımızın mədəni irsində daim yaşayacaqdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərhum sənətkarın ailəsinə, yaxınlarına və bütün mədəniyyət ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Seçilən
3
30
xezerxeber.az

10Mənbələr