Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Bakı şəhər sakini 2002-ci il təvəllüdlü İbrahimli Toğrul Firuddin oğlu idarə etdiyi “Tufan M50” markalı moped Zığ yolunda yük maşınına çırpılıb.
Belə ki, ikitəkərli nəqliyyat vasitəsi hərəkətsiz dayanmış 1987-ci il təvəllüdlü Quliyev Ələkbər Əlicəfər oğlunun idarə etdiyi “Ford” markalı 99-JY-255 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşub.
Nəticədə T.İbrahimli aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı RPİ-nin İB-də araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.