ABŞ Senatının Assiqnasiya Komitəsi Ukraynaya təhlükəsizlik üçün 800 milyon dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib, “The Hill” yazır.
Sözü gedən yardım paketi ABŞ-nin 2026-cı maliyyə ili üçün ümumi məbləği 852.45 milyard dollar olan müdafiə ayırmaları qanun layihəsinə daxildir.
Layihə komitə tərəfindən 26 lehinə, 3 əleyhinə səs toplayıb.
Senator Kris Kuns daha əvvəl bildirmişdi ki, Baltikyanı ölkələrin maliyyələşdirilməsi çox güman ki, bu ölkələrin Ukraynaya dəstəyinə yönələcək və Kiyevin ümumi yardım məbləği 1 milyard dolları keçəcək.