Bakı. Trend:
Azərbaycanın azad edilmiş ərazilərində 500 MVt-lıq hidroenerjipotensialı mövcuddur.
Bu sözləri Trend-ə Energetika Nazirliyi yanında BərpaOlunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru CavidAbdullayev müsahibəsində deyib.
C. Abdullayev Azərbaycanın azad edilmiş ərazilərdinə “yaşılenerji” potensialından və bu çərçivədə həyata keçirilənlayihələrdən bəhs edib: “İşğaldan azad olunmuş ərazilərimiz, eləcədə Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elanolunub. Qarabağ və Şərqi Zəngəzurla bağlı artıq konsepsiya vətədbirlər planı masa üzərindədir, təsdiqlənib və biz artıq onlarınicrasından danışa bilirik. Ümumiyyətlə, Azərbaycan COP29prezidentliyi çərçivəsində “yaşıl zona”larla bağlı bir təşəbbüsirəli sürüb və dünyanın bir çox ölkələri həmin təşəbbüsüdəstəkləyiblər. Biz bu təşəbbüsün önündə gedən ölkə kimi qəbulolunuruq. “Yaşıl enerji” zonasının başlıca göstəricisi adı çəkilənərazilərdə istehlak olunan hər bir kilovat-saat (kVt/saat) elektrikenerjisinin yaşıl mənbələrdən alınması anlamına gəlir.
İşğaldan azad olunmuş ərazilərdə bunun üçün yetəri qədərpotensial var. Hədəf ondan ibarətdir ki, həmin ərzilərimizdətəxminən 500 meqavat hidroenerji potensialından istifadə olunsun.Çünki orada kifayət qədər dağ çayları var ki, bu da hidroenerjiimkanlarını artırır. Eyni zamanda “Xudafərin”, “Qız Qalası” suelektrik stansiyalarının (SES) bizə aid olan hissəsinin verdiyielektrik enerjisini də bunun üzərinə gəlsək, artıq bizhidropotensialın kifayət qədər böyük olduğunu və tam şəkildəistifadəsi istiqamətində tədbirlərin həyata keçirildiyinin şahidiola bilərik”.
Direktorun sözlərinə görə, Azərbaycanın günəş enerjisipotensialı, əsasən, Cəbrayıl və Zəngilan, külək enerjisi isəKəlbəcər-Laçın zonasında cəmlənib: “Oradan əldə olunan bərpa olunanenerjisinin həcmi kifayət qədər böyük həcmdə dəyərləndirilir.Sadəcə olaraq ona uyğun ötürücü şəbəkənin imkanları gərək mövcudolsun ki, stansiya tikildikdən sonra onun istehsal etdiyi elektrikenerjisi ötürülə bilinsin. Çünki sözügedən ərazilərimizdəki enerjipotensialı o zonanın özünün tələbatını dəfələrlə aşacaq. Orada əldəediləcək enerji ümumi Azərbaycan şəbəkəsinə ötürülməlidir.Azərbaycan şəbəkəsində də başqa stansiyalar olduğu üçün böyükehtimalla onlar artıq ixraca yönəlik vəziyyətə gələcəklər.