AZ

“Bərəkət” ASC-nin rəhbərliyi seçilir - YIĞINCAQ

11 sentyabr 2025-ci il, saat 11.00-da “Bərəkət” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən cəmiyyətin inzibati binasında baş tutacaq.

İclasın gündəliyində aşağıdakı məsələlər durur:

1. Cəmiyyətin 2024-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;

2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;

3. Cəmiyyətin Ümumi yığıncağ, Müşahidə Şurası, İcra orqanı və təftiş komissiyası haqqında Əsasnamələrin təsdiqi;

4. Cəmiyyətin Müşahidə şurasının, icra orqanının və təftiş komissiyasının (müfəttişin) seçilməsi;

5. Cəmiyyətin balansında olan istifadəyə yararsız əsas vəsaitlərin silinməsi məsələsinin müzakirəsi;

6. Digər məsələlər.

Ümumi yığıncağın gündəliyi üzrə materiallarla cəmiyyətin yerləşdiyi Naftalan şəhəri, Ş.Qurbanov küçəsində yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür. Ü

mumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.

Əlaqə telefonu: (050) 366-05-06

Seçilən
25
fed.az

1Mənbələr