AZ

Amerika Tarixi Muzeyi Trampın impiçmentinə dair istinadları silib

Smithsonian İnstitutunun Milli Amerika Tarixi Muzeyi öz sərgisindən ABŞ prezidenti Donald Trampın iki impiçmenti ilə bağlı istinadları silib...

Poliqon xəbər verir ki, bu barədə The Washington Post (WP) mənbəyə istinadən yazıb.

Qəzetin mənbəsinin sözlərinə görə, Smitsonian muzey direktorunun istefasını tələb edən Ağ Evin təzyiqindən sonra eksponatın dəyişdirilməsinə razılıq verib.

Smithsonian sözçüsü bildirib ki, Trampın impiçmenti ilə bağlı məlumatların yer aldığı müvəqqəti lövhə 2021-ci ilin sentyabrından Vaşinqton muzeyində nümayiş etdirilir. O, əlavə edib ki, bu, cari hadisələrə qısamüddətli əlavə kimi nəzərdə tutulub.

Trampın iki impiçmentini təsvir etməklə yanaşı, üzərində “İş nəzərdən keçirilir (Tarix baş verir)” yazılmış müvəqqəti lövhədə prezidentlər Endryu Conson və Bill Klintonun, eləcə də istefa verməsəydi impiçmentlə üzləşəcək Riçard Niksonun impiçmentləri haqqında məlumatlar da var idi.

İndi sərgi 2008-ci ildəki görünüşünə qayıdıb.

Poliqon.info 

Seçilən
20
poliqon.info

1Mənbələr