CƏLİLABAD, 01 avqust. TELEQRAF
Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, "QAZ 53" markalı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Hazırda xəsarət alan və həyatını itirən şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.