ABŞ Müdafiə Nazirliyi 2023-cü ilin fevralından Ukraynaya verilən “Patriot” hava hücumundan müdafiə sistemlərinin texniki dəstəyinə 51,6 milyon dollar ayırıb..
Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” nəşri mənbələrə istinadən məlumat yayıb.
Müvafiq müqavilənin Patriot hava hücumundan müdafiə sistemlərinin yeganə istehsalçısı olan Raytheon Technologies (RTX) ilə imzalandığı bildirilir.
Müqavilə həmçinin sistemlərin istismarı, təmiri və texniki xidmətində Ukrayna Silahlı Qüvvələrinə məsləhət və praktiki yardımı nəzərdə tutur. Agentlik yazır ki, bu, həm də şirkətin sistemlərin Ukraynaya daşınması üçün logistik dəstəyinə aiddir.
Müqavilə uzadılma imkanı ilə bir il müddətinə nəzərdə tutulub.
Poliqon.info