AZ

Çilidə mədəndə baş verən qəzada bir nəfər ölüb, itkin düşənlər var

O'Higgins bölgəsindəki El Teniente mis mədənində baş verən qəzada ən azı bir şaxtaçı həlak olub və itkin düşən 5 mədənçinin axtarışları davam edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Codelco məlumat yayıb.

Şirkətdən bildirilib ki, qəza “mədənə təsir edən seysmik hadisədən” sonra baş verib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, mədənin yerləşdiyi ərazidə 5 bal gücündə zəlzələ baş verib.

"Müxtəlif dərəcələrdə xəsarət alan 9 nəfər müəyyən edilib, lakin onların həyatı təhlükədə deyil. Bundan əlavə, beş işçinin axtarışları davam edir", - Kodelko bildirib.

Zəlzələdən dərhal sonra mədəndə əməliyyatlar dayandırılıb.

Seçilən
42
ucnoqta.az

1Mənbələr