AZ

ABŞ senatorları Ukraynaya 54,6 milyard dollar ayırmağı təklif etdilər

BAKI, 01 avqust. TELEQRAF

ABŞ Konqresinin Senatına Ukraynaya 54,6 milyard dollar məbləğində əlavə yardım ayrılması barədə qanun layihəsi təqdim edilib.

Teleqraf xəbər verir ki, bu məbləğin bir hissəsi Rusiyanın dondurulmuş aktivləri hesabına olacaq.

Qanun layihəsi ABŞ Prezidentinin səlahiyyətlərini genişləndirir və ona Konqreslə razılaşdırmadan Ukraynaya silah vermək imkanı yaradır.

Layihənin təsdiqlənmə şansının az olduğu bildirilir. Buna səbəb, bir çox respublikaçıların ABŞ lideri Donald Trampın xarici yardım xərclərinin azaldılması kursunu dəstəkləməsidir.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə qeyd edib ki, Ukrayna "heç bir halda" əlavə 60 milyard dollar yardım almayacaq.

Seçilən
28
teleqraf.com

1Mənbələr