"Microsoft", iyulun 31-də bazar dəyəri 4 trilyon ABŞ dollarına çatan ikinci şirkət olub. Bu göstəriciyə, texnologiya nəhənginin əvvəlki axşam açıqladığı gəlir hesabatından sonra səhmlərinin artması səbəbindən nail olunub.
Operativ Media-nın CNN-ə istinadla yaydığı xəbərə görə, "Microsoft"un (MSFT) səhmləri iyulun 31-də bazarın açılması ilə təxminən 4,5% artaraq şirkətin ümumi dəyərinin 4,01 trilyon dollara çatmasına səbəb olub. Bu ilin əvvəlindən etibarən şirkətin səhmlərində təxminən 28%-lik artım müşahidə olunur.
Bu ay 4 trilyon dollarlıq kapitallaşmaya çatan digər bir şirkət isə "Nvidia" olub.