AZ

ABŞ onlarca ölkəyə qarşı yeni gpmrük rüsumları tətbiq edib

Tramp administrasiyası idxal tariflərini sərtləşdirib...

ABŞ prezidenti Donald Tramp onlarca ölkəyə qarşı yeni idxal rüsumlarının tətbiqini nəzərdə tutan fərmanlar imzalayıb.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Ağ Evin rəsmi saytında yayılan məlumata əsasən, bu qərar iyulun 31-i axşam saatlarında, Trampın ticarət razılaşmaları üçün təyin etdiyi son müddətdən bir neçə saat əvvəl qəbul olunub.

Bloomberg Agentliyinin xəbərinə görə isə ABŞ-nin ticarət tərəfdaşları üç qrupa bölünüb. Əksər ölkələrə aprel ayından qüvvədə olan 10%-lik baza tarifi tətbiq olunmağa davam edəcək. Bu tarif ABŞ-ın daha çox ixrac etdiyi ölkələrə şamil olunur.

Ticarət balansında az fərq olan təxminən 40 ölkəyə isə 15%-lik minimal tariflər tətbiq ediləcək. ABŞ ilə razılaşma imzalamayan və ya ABŞ-a qarşı yüksək ticarət profisiti olan ölkələr üçün isə daha sərt rüsumlar nəzərdə tutulub.

Ağ Ev tərəfindən dərc olunan siyahıya əsasən, maksimal tariflər Suriyaya (41%), Laosa və Myanmaya (hər birinə 40%), İsveçrəyə (39%), İraqa və Serbiyaya (hər birinə 35%), eləcə də Əlcəzair, Bosniya və Herseqovina, Liviya və Cənubi Afrikaya (hər birinə 30%) tətbiq olunacaq.

Poliqon.info

Seçilən
36
poliqon.info

1Mənbələr