AZ

Senat komitəsi Ukraynaya 800 milyon dollarlıq yardımı təsdiqləyib

Tramp administrasiyasının etirazına baxmayaraq Ukraynaya dəstək davam edir...

ABŞ Senatının maliyyələşdirmə üzrə komitəsi Ukraynaya hərbi yardım da daxil olmaqla, ümumilikdə 1 milyard dollara yaxın dəstəyi nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Qanun layihəsində Ukraynanın Təhlükəsizlik Yardımı Təşəbbüsü (USAI) üçün 800 milyon dollar, Baltikyanı ölkələrin təhlükəsizliyi üçün isə əlavə 225 milyon dollar ayrılması nəzərdə tutulur. Demokrat senator Kris Kunsun sözlərinə görə, Ukraynaya ümumi dəstək məbləği 1 milyard dollara yaxın olacaq.

Qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən təqdim olunan büdcə layihəsində USAI üçün maliyyə ayrılması nəzərdə tutulmayıb. Buna baxmayaraq, xüsusilə Senatda olan bir çox respublikaçı konqresmen Ukraynaya dəstəyin davam etdirilməsini dəstəkləyib.

Qanun layihəsinin qüvvəyə minməsi üçün o, Senatın tam tərkibi tərəfindən qəbul edilməli, daha sonra Nümayəndələr Palatasının versiyası ilə uzlaşdırılmalı və sonda imzalanması üçün Ağ Evə göndərilməlidir. Prezident Tramp isə sənədə veto qoymaq hüququna malikdir.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr