AZ

Ərdoğandan SƏRT XƏBƏRDARLIQ: "Səbir daşı çatlamaq üzrədir"

"Cənab Prezidentlə Qəzzada baş verən soyqırımı da müzakirə etdik. Afrikalı qardaşlarımızın Fələstin xalqı ilə güclü həmrəyliyi məlumdur".

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qabonlu həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

"İsrailin Qəzzada 7 aydır davam etdirdiyi qətliam siyasətinə ən açıq etirazların gəldiyi bölgələrdən biri də Afrika qitəsi olub. Günahsız uşaqların aclıqdan öldüyü, humanitar yardım almağa çalışan mülki insanların bilərəkdən güllələndiyi bir vəhşət mənzərəsinə heç kim səssiz qala bilməz. Vicdanı, mərhəməti, insanlıq ləyaqəti olan hər kəs üçün bu zülm qarşısında səbir daşı çatlamaq üzrədir. Əsas prioritetimiz qəzzalı qardaşlarımıza humanitar yardımın çatdırılmasıdır", - Ərdoğan qeyd edib.

Türkiyə lideri vurğulayıb ki, insanlıq cəbhəsi olaraq bu zülmü dayandırmaq üçün nə lazımdırsa, onu etməyə borcluyuq:

Seçilən
23
publika.az

1Mənbələr