AZ

Mingəçevir Şəhər İcra Hakimiyyəti otbiçən traktor, motosiklet, asfaltkəsən ala bilmir

Mingəçevir Şəhər İcra Hakimiyyətinin xüsusi texnikaların və texnikalara qoşqu avadanlıqlarının alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.

 

Pravda.az-ın xəbərinə görə, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.

 

Tenderin dəyəri 275 653 AZN olub. Buraya otbiçən traktor, motosiklet, asfaltkəsən və s. daxil olub.

Tarix: 1 Avqust 2025, 07:56   
Seçilən
16
pravda.az

1Mənbələr