ABŞ prezidenti Donald Tramp iyulun 31-də ABŞ Senatını planlaşdırılmış fasiləyə getməməyə və hökumət vəzifələrinə yeni namizədlərin təyin edilməsi üzrə işi davam etdirməyə çağırıb.
Unoqta.az xəbər verir ki, o, Truth sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Senat fasiləsiz iclasda qalmalıdır. ABŞ-nin sağlamlığı və təhlükəsizliyi üçün öz işinizlə məşğul olun və bütün namizədləri təsdiq edin", - tramp qeyd edib.
Tramp Senatdan “yeni vəzifələrə seçilən insanları gözlətməməyi” xahiş edib.