AZ

İran ABŞ-dan təzminat tələb edir

İran

“Vaşinqton iyunda 12 günlük müharibə zamanı İranın verdiyi itkilərə görə Tehrana təzminat ödəməlidir”.

Reyting.az
xəbər verir ki, bunu İran İslam Respublikasının Xarici işlər naziri Abbas Əraqçi “Financial Times” qəzetinə müsahibəsində deyib.

Abbas Əraqçi təzminat tələbini ABŞ-la nüvə sazişi üzrə danışıqların bərpası üçün şərtlərdən biri adlandırıb.

Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İran ərazisinə zərbələr endirməyə başlayıb. Buna cavab olaraq Tehran Hayfadakı neft emalı zavoduna, elektrik stansiyasına və Ben Qurion hava limanını vurub. Qarşılıqlı atəşlər 12 gün davam edib. İyunun 22-də isə Vaşinqton İranın üç nüvə obyektinə - Fordo, Natanz və İsfahana zərbələr endirib.

Ümumilikdə İranda hərbi əməliyyatlar nəticəsində 430-a yaxın mülki şəxs, İsraildə isə 20 nəfər həlak olub.

E. KAMAL
Seçilən
4
reyting.az

1Mənbələr