Amerika liderinin xüsusi elçisi Stiv Vitkoff Rusiyaya səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumçat verib.
Tramp Ağ Evdə jurnalistlərlə görüşündə Vhitkoffun xarici səfərləri ilə bağlı sualı cavablandırarkən deyib: “İsrailə gedir, sonra isə istəsəniz inanın, istəməsəniz yox Rusiyaya”.
İyulun 14-də Tramp Ukraynadakı münaqişənin nizamlanması prosesində irəliləyiş əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına 100%-lik ikinci dərəcəli tariflər tətbiq edəcəyi ilə hədələyib. Əvvəlcə Ağ Ev rəhbəri Rusiyaya hərbi əməliyyatları dayandırmaq üçün 50 gün müddət təyin etsə də, iyulun 28-də bu müddəti 10-12 günə endirib .