AZ

Cənubi Koreya və ABŞ KXDR-i silahsızlaşdırmağa qərar verdi

BAKI, 01 avqust. TELEQRAF

Cənubi Koreya və ABŞ Koreya Xalq Demokratik Respublikasını (KXDR) nüvə silahından tamamilə məhrum etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Ço Hyen və ABŞ Dövlət katibi Marko Rubio arasında keçirilmiş görüşün yekunlarına uyğun olaraq Cənubi Koreya Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşü 31 iyulda baş tutub. Danışıqlar zamanı tərəflər ikitərəfli ittifaq, Yaponiya ilə üçtərəfli əməkdaşlıq, həmçinin regional vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

Bildirilir ki, Seul və Vaşinqton həmçinin birgə müdafiə qabiliyyətini inkişaf etdirməyə razılaşıb.

Seçilən
38
1
teleqraf.com

2Mənbələr