AZ

Bakı-Tbilisi-Ceyhanın gücü artırılacaq

Bakı-Tbilisi-Ceyhanın

2025-ci ilin birinci yarısında 800 min tona yaxın Qazaxıstan nefti nəql edilib.

Reyting.az
“Sputnik Kazaxstan”-a istinadla xəbər verir ki, Qazaxıstanın Energetika naziri Erlan Akkenjenov Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə nəql edilən Qazaxıstan neftinin həcminin artırılmasının planlaşdırıldığını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 2025-ci ildə bu istiqamətdə 1,7 milyon ton neftin nəqli planlaşdırılır.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu rəqəm 1,4 milyon tona yaxın olub. Təkcə 2025-ci ilin birinci yarısında artıq 800 min tona yaxın neft nəql olunub və həcmin artırılması istiqamətində işlər davam etdirilir.

“Bakı-Tbilisi-Ceyhan marşrutu Qazaxıstan neftinin dünya bazarına ixracı üçün əsas alternativ marşrutlardan biridir və biz onun potensialını mütəmadi olaraq artırmaq niyyətindəyik”,- deyə Erlan Akkenjenov qeyd edib.

Bundan əlavə, sazişlər çərçivəsində marşrutun səmərəliliyinin artırılması və dayanıqlığının təmin edilməsi üçün birgə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.

E. KAMAL
Seçilən
3
reyting.az

1Mənbələr