Binə qəsəbəsinin bir sıra hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Publika.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsinin bəzi hissələrində avqustun 1-də elektrik naqilləri yenilənəcək.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Binə Sovxoz adlanan yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Gücləndirmə işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Həmçinin Lənkəranda da təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.