AZ

HƏMAS danışıqları rədd edir

HƏMAS

HƏMAS bildirib ki, Qəzzada atəşkəs üçün danışıqlar masası arxasına qayıtmağa hazırdır, ancaq mülki əhalinin aclıqdan öldüyü Fələstin anklavına humanitar yardım çatdırıldıqdan sonra.

Mənbələr CNN-ə bildiriblər ki, ABŞ və İsrail keçən həftə HƏMAS-ı “pis niyyətlə danışıqlar aparmaqda” günahlandıraraq Qətərdən nümayəndə heyətlərini geri çəkdikdən sonra qrup danışıqları tamamilə tərk edib. Bu hadisələr fonunda yüksək səviyyəli bir İsrail rəsmisi ABŞ və İsrailin Qəzza ilə bağlı yeni strategiyanı nəzərdən keçirdiklərini bildirib.

ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff iyulun 31-də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Ağ Evin məlumatına görə, Uitkoff və ABŞ-ın İsraildəki səfiri Mayk Hukabi avqustun 1-i cümə günü Qəzzaya gedəcək. Onlar ABŞ-İsrail fondu tərəfindən idarə olunan humanitar yardım paylama məntəqələrini yoxlayacaqlar.

Cavid

Seçilən
7
xalqcebhesi.az

1Mənbələr