Bakı. Trend:
ABŞ Senatında Ukraynaya qarşıdakı iki il ərzində 54,6 milyarddollarlıq yardımın ayrılmasını nəzərdə tutan ikipartiyalı qanunlayihəsi təqdim edilib.
Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzetixəbər verib.
Məlumata əsasən, sənədin müəllifləri Nyu-Hempşirdən olandemokrat senator, Xarici Əlaqələr Komitəsinin yüksək rütbəli üzvüCin Şahin və Alyaskadan olan respublikaçı Liza Murkovskidir. Onlarbirbaşa hərbi yardım, həmçinin Amerika ehtiyatlarını doldurmağıüçün pul ayırmağı təklif edirlər. Plana görə, yardımın üçdə birinəqədəri Rusiyanın dondurulmuş aktivlərindən və Avropa müttəfiqlərinəsilah satışından əldə edilən gəlirlər hesabınamaliyyələşdiriləcək.
Vəsaitin böyük hissəsi Ukraynaya çatdırılan köhnə sistemləriəvəz edəcək yeni silahlara ayrılıb. Qanun layihəsi həmçininprezidentin Konqresin təsdiqi olmadan Kiyevə çatdırılmalarabirtərəfli qaydada təsdiq etmək imkanını genişləndirir.