AZ

Tramp Kanadaya qarşı tarifləri artırıb

ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal edilən mallara tətbiq olunan tarifləri 25%-dən 35%-ə yüksəldib.

APA-nın Ağ Evə istinadən verdiyi xəbərə görə, bu qərar Kanadanın fentanil axınının qarşısını almaqda göstərdiyi fəaliyyətsizlik və əks tədbirlərə cavab olaraq verilib.

Yeni tarif sabahdan qüvvəyə minəcək.

Qeyd edək ki, Kanada ötən il ABŞ-ın əsas ticarət tərəfdaşlarından biri olub – ölkə ABŞ-dan 349 milyard dollar, ABŞ-a isə 413 milyard dollar dəyərində məhsul tədarük edib.

Seçilən
23
1
apa.az

2Mənbələr