Bakı. Trend:
UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarınastart verilib.
Trend-inməlumatına görə, Türkiyə təmsilçisi “Beşiktaş” səfərdə Arda Turanınbaşçılıq etdiyi Ukrayna “Şaxtyor”u ilə üz-üzə gəlib.
Polşanın Krakov şəhərində keçirilən görüş Donetsk klubunun 2:0hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında ilk matçda “Şaxtyor” 4:2 hesabı ilə qalibgəlmişdi. Bununla da ukraynalılar növbəti mərhələyə vəsiqəqazanıblar. "Beşiktaş" isə yoluna Konfrans Liqasında davamedəcək.