AZ

Uzunömürlü ailələrin dağılma səbəbləri açıqlandı

BAKI. 01 avqust. TELEQRAF

Uzunömürlü ailələrdə boşanmanın 2 əsas səbəbi var.

Teleqraf xəbər verir ki, bunu münasibətlər üzrə ekspert Miq Bennett bildirib.

Bennett əmindir ki, uzun illər evli olan cütlüklərdə boşanma spontan baş vermir. Adətən bu qərar üçün şərtlər illər ərzində toplanır. Bennett hesab edir ki, bu baxımdan ən dağıdıcı amil münasibətlərə laqeyd yanaşmadır. Onun fikrincə, hər şey hər hansı stresli vəziyyətdən başlayır.

"Cütlük ünsiyyət qurmağı dayandırır, tədricən onların münasibətləri əhəmiyyətini itirir", - Bennett qeyd edib.

Ekspert nikaha son qoyan qəti amil kimi cütlüyün bir-birini dinləmək istəməməsini göstərib. Onun sözlərinə görə, belə cütlüklərdə kişilər və qadınlar öz nəzər nöqtəsini sərt şəkildə sübut etməyə çalışır, tənqid edir və haqlı olduqlarını sübut etmək ideyasına aludə olurlar.

"Belə hallarda mən adətən deyirəm ki, seçim etməli olacaqsınız: ya siz haqlısınız, ya da evlisiniz", - Bennett fikrini tamamlayıb.

Seçilən
7
teleqraf.com

1Mənbələr