AZ

Donald Tramp Rusiyanı sanksiyalarla hədələyib

ABŞ Prezidenti Donald Tramp avqustun 8-dək Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyanı sanksiyalarla hədələyib.

APA xəbər verir ki, lTramp bunu Ağ Evdə keçirdiyi brifinq zamanı deyib.

Rusiya nın Kiyevə keçirdiyi kütləvi zərbənin nəticələrini şərh edən Tramp Kremlin hərəkətlərini tənqid edib.

“Rusiyanın etdikləri iyrəncdir”, - o deyib.

Tramp həmçinin qeyd edib ki, o, sanksiyaların Rusiya prezidenti Vladimir Putini çəkindirə biləcəyinə hələ əmin deyil, lakin Vaşinqton hər halda onları tətbiq etmək niyyətindədir.

Seçilən
27
apa.az

1Mənbələr