BAKI. 01 avqust. TELEQRAF
Trump administrasiyasının yeni ticarət siyasəti çərçivəsində İsraildən gətirilən mallara 15 faiz gömrük rüsumu tətbiq ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Həmçinin ABŞ Prezidentinin Fərmanına əsasən Suriya üçün tətbiq edilən rüsumlar 41%-dək yüksəldilir, Cənubi Afrika Respublikasıdan gətirilən mallar üçün rüsumlar isə 30% təşkil edir. Bundan əlavə, Kanadadan idxala mövcud 25% deyil, 35% tarif tətbiq ediləcək.