Yevlaxda evdən ata və qızının meyiti tapılıb.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Aran qəsəbəsində baş verib.
Rayon sakini, 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov bir neçə gün öncə yaşadığı evdə intihar edib. Onun övladı - 2002-ci il təvəllüdlü Səbinə Bayramova isə birinci qrup əlil olduğundan aclıqdan öldüyü bildirilir.
Evdən səs gəlmədiyini duyan qonşular otağa daxil olarkən hər iki şəxsin öldüyünü görüblər.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.