BAKI, 01 avqust. TELEQRAF
Avstraliyada uzunluğu təxminən 40 santimetr, çəkisi 44 qram olan "Acrophylla alta" adlı yeni çəyirtkə növü tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Kəşfin müəlliflərindən biri Angus Emmott çəyirtkənin fotosunu sosial şəbəkədə paylaşıb.
Emmott yumurtalarını araşdırdıqdan sonra çəyirtkə növünün yeni olduğunu bildirib.
Onun sözlərinə görə, "Acrophylla alta" çəyirtkənin Avstraliyada tapılan ən ağır növüdür.