ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı hava hücumlarını iyrənc adlandırıb..
Poliqon xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Tramp jurnalistlərə Rusiyanın Ukraynadakı hava hücumları ilə bağlı sualı cavablandırarkən deyib: "Mən Rusiyanın hərəkətlərini çox üzücüdür. Düşünürəm ki, bu, iyrəncdir. Bu, Baydenin müharibəsidir, mənim deyil".
İyulun 14-də Tramp Ukraynadakı münaqişənin nizamlanması prosesində irəliləyiş əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik ikinci dərəcəli tariflər tətbiq edəcəyi ilə hədələyib. Əvvəlcə Ağ Ev rəhbəri Rusiyaya hərbi əməliyyatları dayandırmaq üçün 50 gün müddət təyin etsə də, iyulun 28-də bu müddəti 10-12 günə endirdi.
Poliqon.info