AZ

Meladze Rusiyada konsert verməkdən imtina edib

Müğənni Valeri Meladze Rusiyada konsert verməkdən imtina edib...

Poliqon xəbər verir ki, bu barədə “Abzats” nəşri tədbir agentliklərinin nümayəndələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, sənətçinin komandası 2026-cı ilə qədər çıxışların cədvəllərini tərtib edib, Meladzenin bütün çıxışları xaricdə olacaq.

Rusiya agentliklərinin artıq anonimlik şərti ilə də sənətçinin özəl tədbirlərdə iştirakını sifariş etmək imkanı olmadığı vurğulanır.

Nəşrin mənbəsinin sözlərinə görə, Meladze Rusiyada çıxış etmir, onunla yenidən əməkdaşlığın nə vaxt mümkün olacağı məlum deyil.

Poliqon.info 

Seçilən
5
poliqon.info

1Mənbələr