"Sabah"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Masazır təmsilçisi növbəti mərhələdə "Levski" (Bolqarıstan) ilə üz-üzə gələcək.
"Levski" UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən Portuqaliya "Braqa"sına yenilərək (0:0, 1:0) "bayquşlar"a rəqib olub.
Qeyd edək ki, "Sabah" KL-in 2-ci təsnifat mərhələsində Moldovanın “Petrokub” komandasını hər iki oyunda üstələyərək (2:0, 4:1) mübarizədən kənarlaşdırıb.
Nihat