AZ

Tramp: Qəzzada baş verənlər dəhşətdir

BAKI, 01 avqust. TELEQRAF

Qəzzada baş verənlər dəhşətdir. Bu, dəhşətli bir şeydir. İnsanlar çox acdır.

Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərin respublikaçı nümayəndə Marjori Teylor Qrinin İsrailin Qəzzadakı müharibəsini soyqırım kimi xarakterizə etməsi ilə razılaşıb-razılaşmadığı ilə bağlı sualı cavablandırarkən bildirib.

O, ABŞ-nin mübahisəli Qəzza Humanitar Fonduna 60 milyon dollar verdiyini iddia edib.

"Birləşmiş Ştatlar qida üçün 60 milyon dollar verdi və bu, təəssüf ki, utancvericidir, çünki mən bunun nəticələrini görmürəm. Biz istəyirdik ki, buna İsrail nəzarət etsin. Problemin bir hissəsi budur ki, HƏMAS həm pulu, həm də qidanı götürür", - o qeyd edib.

Seçilən
8
teleqraf.com

1Mənbələr