Xəbər verdiyimiz kimi, paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.
Redaktor.az oxu.az-a istinadən xəbər verir ki, məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərlə kobud rəftarı ilə bağlı səsyazısı və şikayətlər ortaya çıxıb.
İngilis dili müəlliməsi Leyla Hüseynovanın sözlərinə görə, direktor müəllimləri əsassız ittihamlarla üz-üzə qoyub.
Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə qarşı davamlı şəkildə təhqiredici münasibət göstərir, iş mühitini dözülməz hala gətirir.
O qeyd edib ki, direktor müəllimlərin dərs otağında onları təhqir edərək videoya çəkib və “bura donuzxanadır” kimi ifadələr işlədib.