Nəvəsi Əli müğənni Cavad Rəcəbovu sevindirib.
Ölkə.az xəbər verir ki, sənətçi nəvəsinin ali məktəbə qəbul olduğunu bildirib. Bu haqda o, "Qonaqcanlı" verilişində deyib.
Əli bildirib ki, Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. O, "Musiqili teatr aktyoru" fakültəsində təhsil alacaq.
"Baba üçün ən xoş an, təəssürat balalarının, nəvəsinin xoş xəbərini eşitməkdir. Əli dayısı kimi özünü doğrultdu" deyə, C.Rəcəbov söyləyib. (axşam.az)