AZ

Sadıqov: “Özümü qalib kimi hiss edirəm”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasında “Hayduka uduzduqları oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən görüş haqda bunları deyib:

“Komandama təşəkkür edirəm. Əzmkar oyun göstərdilər. Dünən mətbuat konfransında da demişdim ki, əlimizdən gələni edəcəyik, çalışacağıq oyundan zövq alaq. Səfərdə güclü komandaya qarşı oynamağımıza baxmayaraq, təzyiq etməyə çalışırdıq. Oyunboyu bunu bacardıq. Lakin bir epizodda ani diqqətsizlik qolla yekunlaşdı. Buna baxmayaraq, oyun planından qopmadıq, sona qədər sadiq qaldıq. Çalışdıq, hesabı geridönüş edək, alınmadı.

Futbolçuları bağrıma basıram. Oyunumuz göstərir ki, inkişafdayıq. Məğlub olsaq da, özümü qalib kimi hiss edirəm”.

Şahin Cəfərov 

Seçilən
8
futbolpress.az

1Mənbələr