BAKI. 31 iyul. TELEQRAF
İsrailin Baş naziri Binyamin Netanyahu Almaniyanın xarici işlər naziri Yohan David Vadefulu qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Görüşdən sonra almaniyalı nazir bildirib ki, Qəzzada humanitar vəziyyətlə bağlı artan beynəlxalq narahatlıq fonunda İsrail diplomatik təcrid olunma təhlükəsi ilə üz-üzədir.
"İsrail hər zaman beynəlxalq ictimaiyyət arasında dostlar, tərəfdaşlar və dəstəkçilər tapmalıdır. Hazırkı vəziyyətdə bu, təhlükə altındadır. Əgər bunun qarşısını almaq üçün məsuliyyət daşıyan bir ölkə varsa, o da Almaniyadır”, - o jurnalistlərə deyib.
Qeyd edək ki, Yohan David Vadeful sabah Qəzzadakı humanitar vəziyyətlə bağlı əlavə müzakirələr aparmaq üçün İordan çayının qərb sahilinə səfər edəcək.